Bizdə 35-45 yaş arasında zərif aktrisa yoxdur? - MÜZAKİRƏ
15:24 – 05 Yanvar, 2018

Kommersiya filmlərimiz standartlara cavab verirmi? Serial sənayesinin formalaşması aktyorlara nə verdi? Bəzi filmlərimizin beynəlxalq festivallarda mükafat qazanma səbəbi nədir? Yerli teleseriallarımız xarici teleserialları nə dərəcədə əvəz etdi? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Rejissor Şahin Qəhrəman hesab edir ki, bəzi serialların uğursuzluğunun səbəbi, rejissorların aktyorları deyil, öz qohumlarını, tanışlarını çəkməsindədir.  Rejissorun sözlərinə görə yerli seriallar yerli tamaşaçını toplamaq imkanını nümayiş etdirir. Şahin Qəhrəman deyib ki, bizdə xanım aktrisalarla bağlı problem var: "35-45 yaş arasında fakturası incə aktrisamız yoxdur. Serial başlayanda biz 2 ay tapa bilmədik". 

 

Rejissor Cavid Təvəkkül deyib ki, yerli serialların dövlət tərəfindən maliyyələşdirilməsi yeni adların, kino mütəxəssislərinin meydana çıxmasına zəmin yaratdı: "Amma sonradan diletant aktyorlar, diletant rejissorlar meydana gəldi". Rejissor hesab edir ki, aktyorlar əlçatmaz olmalıdırlar: "Mən istəməzdim ki, onlar metrolarda gəzsinlər, hərəsinin öz maşını olsun". Rejissorun sözlərinə görə təhsilsiz aktyorların meydana gəlməsini normal hal kimi qəbul olunmalıdır.

 

Verilişdə həmçinin serial rejissorlarının yazıçılarla əməkdaşlığı, Azərbaycan filmlərinin beynəlxalq film festivallarında iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Cavid Təvəkkül beynəlxalq festivallarda qələbə qazanmış "Nar bağı" bədii filmini Azərbaycan kinosunun son illərdəki uğur kimi qiymətləndirib. 

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT