Azyaşlı qızların ərə verilməsi hansı dində var?
14:08 – 08 Yanvar, 2018

Erkən nikahlar bütün dünyada olduğu kimi Azərbaycanda da gündəmdədir. Azyaşlı qızların ərə verilməsi hansı dində var? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu mövzu geniş müzakirəyə səbəb olub.

 

İlahiyyatçı Elşad Miri deyib ki, Qurani-Kərimdə birmənalı olaraq evlilik yaşı yoxdur. İlahiyyatçının sözlərinə görə yetkinlik dövrü ilə həddi-buluq dövrü fərqli anlayışdır: "Orada belə bir ifadə var, yetimləri nikah yaşına çatana qədər sınayın. Onları sınağa çəkmək nədir? Mal verəcəksən. Mallarını idarə edib-edə bilmədikləri ilə bağlı yetkinlik dediyimiz rüşt dövrüdür, həddi-buluq dövrüdür".

 

Elşad Miri iddia edir ki, Məhəmməd peyğəmbərin 9 yaşlı qızla nikaha girməsi ilə bağlı fikirlər tamamilə yanlışdır. İlahiyyat onu da vurğulayıb, azyaşlı qızların ərə verilməsinin İslamla hər hansı əlaqəsi yoxdur. Elşad Miri həmçinin Qurani-Kərimdə qadına qarşı şiddətin olmadığını deyib.

 

"Təmiz Dünya" Qadınlara Yardım İB sədri Mehriban Zeynalova hesab edir ki, erkən nikah qarşı tərəfdən qazanc və müdafiə güdmək məqsədi daşıyır: "Həmin qızın taleyi heç kimi maraqlandırmır. Adını müdafiə qoyurlar, amma bu əslində mənfəətdir".

 

Psixoloq Maarif Məmmədov deyib ki, Azərbaycan Respublikasında aparılan rəsmi statistikaya görə hər 100 nikahdan 7-i erkən nikahların payına düşür. Psixoloq mövzu ilə bağlı təcrübələrini də bölüşüb: "Bəzi qızlar fiziki və psixoloji şiddət olduğundan evdən qaçmağa və erkən nikaha daxil olmağa razılıq verirlər".   

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışı tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT