Həbsdən çıxan müğənnimiz: “Xanımım övladımı mənə göstərmir” - ŞOK SÖZLƏR
17:44 – 09 Yanvar, 2018

Keçmişdə baş verənlər məşhurların bu günü üçün nə dərəcədə əhəmiyyətlidir? Bu və digər suallara APA TV-nin "Showtime" layihəsinin növbəti buraxılışında Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov və müğənni Sevda Sanəliyeva cavablandırıblar.

 

Müğənni Sevda Sanəliyeva deyib ki, ailə qurduğu və ilk övladının dünyaya gəldiyi vaxtlarda seçim qarşısında qalıb: "Mən üstünlüyü ailəyə verdim, birinci planda mənim üçün ailə oldu. Amma artıq sənətdə addımlamaq lazımdır". Müğənni həyat yoldaşının ona çoxlu qadağalar qoyduğunu deyib.

 

Sevda Sanəliyeva ailə qurduğu zaman saytlarda özü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: "Mənim də ilk ailəm dağılıb. Amma mən ailə dağıtmamışam. Dağıda da bilmərəm, çünki mən də atasız böyümüşəm".

 

Rəhman Rəhmanovun oğlu Emil Rəhmanovun sözlərinə görə həbsxanada olduğu müddətdə müəllimi Teymur Əmrahdan başqa, heç bir sənət dostunun ona b aş çəkməyib. E.Rəhmanov atasının ondan imtina etməsi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib: "Mənim atam heç vaxt məndən imtina etməyib. Ata baladan necə imtina edə bilər?" Emil Rəhmanov deyib ki, Bahar Lətifqızı və Roza Zərgəli ilə duet oxuyacağını deyib. Müğənni hesab edir ki, Azərbaycanda nəinki performans göstərən müğənnilər, heç şou-biznes də yoxdur.

 

"Showtime" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT