Siqaret çəkənləri nə qədər cərimə gözləyir?
17:58 – 09 Yanvar, 2018

Ötən ilin dekabrında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edildi ki, bununla da xüsusi ayrılmış yerlər istisna olmaqla ictimai yerlərdə tütün məmulatlarından istifadə məhdudlaşdırıldı. Bəs ictimai yerlərdə siqaret çəkənləri nə qədər cərimə gözləyir? Harada siqaret çəkmək olar? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib. 

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib ki, yeni qanunun qəbul edilməsində əsas məqsəd ictimai yerlərdə insanları tütün məhsullarından qorumaqdır: "İctimai yerlərdə, qapalı məkanlarda sizin üçün otaqlar yaradılacaq. Çəkmək istəyirsənsə, get orada çək". Millət vəkilinin sözlərinə görə əsas cərimələnmə obyektin sahibləri, yaxud onu idarə edənlərin üzərinə düşür. "Bununla bağlı müvafiq icra hakimiyyəti orqanına səlahiyyət verildikdən sonra onlar bu mexanizmləri işləyib hazırlayacaqlar. Bütün qadağan olunmuş məkanlar elan olunacaq. Vətəndaşımız getdiyi hər yerdə bunu görəcək" - Qənirə Paşayeva belə deyib.

 

Millət vəkili həmçinin valideynlərin 18 yaşına çatmamış övladlarını siqaret almağa göndərdiklərini və bunun yolverilməz olduğunu deyib.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT