İtkin alpinistlərin axtarışı üzrə FHN qərargahından REPORTAJ
20:24 – 09 Yanvar, 2018

FHN-in itkin alpinistlərin axtarışı üzrə qərargahı dəniz səviyyəsindən 2700 metr yüksəklikdə yerləşən Şahdüzü yaylağında yaradılıb. Bura FHN-in texnikası və canlı qüvvəsi gətirilib.

 

APA TV-nin xəbərinə görə, qərargahda FHN-in 60-a yaxın əməkdaşı çalışır. Onlar üçün ərazidə xüsusi çadırlar quraşdırılıb və hər cür şəraitlə təmin olunub.

 

Axtarışlara yerli mütəxəssislərlə yanaşı, xaricdən dəvət olunan alpinistlər də cəlb olunub. Ehtimal olunan bütün ərazilərə baxış keçirilir. Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyir ki, axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən üç alpinistin tapılması üçün əllərindən gələni edirlər: "Lakin təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir".

 

Qərargahın qrup rəhbəri Toğrul Mehdiyevin sözlərinə görə, axtarış prosesi mərhələli şəkildə həyata keçirilib və peşəkar xilasedicilər cəlb olunub. Onların hamısı ən müasir avadanlıqlarla təchiz olunub: "Ayın 27-dən burdayıq. Bütün ərazilərdə axtarırıq. 4 yerdə qar uçqunu var. Şübhə olunan bütün ərazilərə baxış keçirilib. Ayın 1-2-si hava kəskin dəyişdi. Bizim olduğumuz yerlə axtarış aparılan yerdə mənfi 10 dərəcədən çox fərq var. Qar uçqunları olan yerlərə girmək təhlükəlidir".

 

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşən alpinistlər tapılana kimi axtarışların davam etdiriləcəyini bildirib. 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT