İntihara səbəb olan insan: sən kimsən? - MÜZAKİRƏ
14:16 – 10 Yanvar, 2018

Son günlərAzərbaycan mediasında 5 intihar faktının qeydə alınması ilə əlaqədar məlumatlar yayıldı. Bir insanın intihar etməsində, digər insanın rolu nə qədərdir? Bir insan digərini intihardan çəkindirə bilərmi? APA TV-nin "İlham Tumasla 40" dəqiqə layihəsinin növbəti buraxılışında insanları intihara aparan səbəblər müzakirə edilib.   

 

Yazar Şəhriyar Del Gerani hesab edir ki, qarşısına intihar məqsədini qoyan insanı fikrindən daşındırmaq mümkün deyil: "İntihar edən insanların cəhd statistikasına baxanda görürsən ki bu 3-cü, 5-ci, 8-ci, 10-cu dəfəsində ölübdür. Fiziki olmasa da, mənəvi cəhətdən ölür". Yazara görə cəmiyyətdə ruhani romantikasının azalması, bozluq insanları bu həddə gətirib çıxarıb: "Azərbaycanda ruhani və romantik aura dağılıb. Sovet vaxtında cəmiyyətdə romantik var idi. İndi o yoxdur".

 

İlahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə əgər bir insanın dərdlərindən digərləri xəbərsizdirsə, bu ölü cəmiyyətdir: "XXI əsr olmasına baxmayaraq, bu dəqiqə müəllim belə psixoloqa müraciət etməyi qəhabət sayır". İlahiyyatçı intihar məsələsinə dini nöqyeti-nəzərindən yanaşaraq deyib ki, intihar etmiş şəxs üçün hətta cənazə namazı belə qılına bilməz.

 

Psixoloq Səbinə Bayramova deyib ki, 15-30 yaş arasında olan şəxslərdə daha çox intihar hallarına rast gəlinir: "Qadınlarda suisidal davranışlara cəhd daha çox olduğu halda, intiharla, ölümlə nəticələnənlər kişilərdə daha çoxdur". Psixoloqun sözlərinə görə intihar halları daha çox özünü kiməsə sübut etmək səbəbindən irəli gəlir.   

 

Verilişdə həmçinin Şəhriyar Del Geraninin ötən gün sosial şəbəkədə qalmaqala səbəb olan statusu müzakirə edilib.

 

APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışı tam olaraq www.apa.tv layihəsindən izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT