Azərbaycan-İran sərhədində zəlzələ oldu
10:16 – 11 Yanvar, 2018

Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verib.

 

APA TV-nin məlumatına görə, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.

 

Bakı vaxtı ilə saat 07:13-də qeydə alınan yeraltı təkanların episentri Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib.

 

 Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT