Azərbaycan nefti 4 illik rekordu yenilədi - QİYMƏTLƏR STABİLLƏŞİR
11:13 – 11 Yanvar, 2018

Dünya neft bazarında qiymətlər stabilləşir.

 

APA TV-nin məlumatına görə, ABŞ Enerji İnformasiya İdarəsinin bir gün əvvəl açıqladığı hesabatda ölkədə xam neft ehtiyatları ötən həftə 4,95 milyon barel azalıb.

Artıq səkkizinci həftədir azalma prosesi davam edir. Eyni zamanda neft istehsalı son üç həftədə ikinci dəfə geriləyib. Bununla da istehsalda oktyabr ayından bu yana ən böyük azalma qeydə alınıb. ABŞ-da hazırda ehtiyatların və istehsalın azalmasına baxmayaraq, gələn aydan istehsalın gündəlik 10 milyon bareldən çox olacağı təxmin olunur.

 

Ehtiyatların azalması təkcə ABŞ-la yekunlaşmır. Mütəxəssislər bütün dünyada bu halın baş verdiyini bildirir. Qiymətlərin yüksəlməsinin səbəblərindən biri də bu hesab olunur.

 

"Brent" markalı neft hazırda 69,14 dollardan satılır. Qərbi Texas neftinin bir bareli isə 63,52 dollardan təklif olunur. Qiymətlər arasında fərq 6 dollardan azalır. Bu, ABŞ-ın neftin qiymətlərinə təsirinin artdığını göstərir.

 

Azərbaycan nefti isə 2014-cü ildən bu yana ilk dəfə 71 dolları keçib. Sonuncu dəfə "AzeriLight" markalı neft 2014-cü ilin dekabr ayında 71 dollara satılıb.

X

XƏBƏRLƏR
BÖYÜT