Rikki Martin həmcinsi olan erməni ilə evlənir: "Uşaq barəsində düşünəcəyik"
11:23 – 11 Yanvar, 2018

Cinsi azlıq nümayəndəsi olan müğənni Rikki Martin erməni əsilli həmcinsi Cvan Yosef ilə evlənib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, "Qızıl Qlobus" mükafatının təqdimatına da onunla birlikdə qatılan R.Martinin özü xəbərin doğruluğunu təsdiqləyib.

 

"Üç gün, üç gecə toy edəcəyik. Amma mərasimin yeri barədə hələlik heç nə deyə bilmərəm. İndi iki övladım var, amma istəyirəm ki, çoxlu uşağa sahib olum. İndi toyuma hazırlaşıram, işlərim çoxdur. Sonra uşaq barəsində düşünəcəyik" - R.Martin belə deyib.

 

Qeyd edək ki, homoseksual cütlük bir müddətdir ki, birlikdə yaşayır.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT