ABŞ vətəndaşlarını Dağlıq Qarabağa getməməyə çağırdı: ORDA MÜHARİBƏ GEDİR
12:35 – 11 Yanvar, 2018

ABŞ Dövlət Departamenti vətəndaşları üçün hazırladığı tövsiyə xarakterli sənəddə onları Dağlıq Qarabağa səfər etməməyə çağırıb.

 

APA TV-nin məlumatına görə, tövsiyədə Dağlıq Qarabağda itkilərin davam etdiyi də qeyd olunub:

 

"Mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadə hər il itkilərlə nəticələnir. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ təhlükəsizlik xidməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb" - deyə, yayımlanan sənəddə qeyd olunub

 

Bundan əlavə, Azərbaycan 2-ci qrupa, yəni səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib. 

 

Qeyd edək ki, Dövlət Departamentinin sənədində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Bu regiona səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır.

X

XƏBƏRLƏR
BÖYÜT