Bakıda külək güclənəcək, bölgələrdə hava yağıntılı keçəcək
12:48 – 11 Yanvar, 2018

Bakı və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-3, gündüz 5-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında yanvarın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT