Fələstin rəsmisi: "Trampın Qüds planından xəbərdar idik"
13:19 – 11 Yanvar, 2018

"Fələstin hökuməti ABŞ-ın Fələstin-İsrail sülh prosesinə vasitəçi olması üçün hazırladığı və "yüz ilin razılaşması" adlandırılan planı barədə məlumatlı olub".

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Fələstin Azadlıq Təşkilatı (FAT) idarə heyətinin üzvü Əhməd Mecdalani verib.

O iddia edib ki, Fələstin tərəfini planın detalları barədə ABŞ prezidentinin kürəkəni və baş müşaviri Cared Kuşnerlə Ər-Riyadda görüşdə məlumatlandırılan Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman xəbərdar edib.

 

Mecdalani Səudiyyə vəliəhdi vasitəsi ilə Fələstin-İsrail sülh prosesində Ərəb Sülh Planının əsas götürüldüyünü, ABŞ-ın da Fələstinin mövqeyindən vaz keçməyəcəyinə əmin olduğunu dilə gətirib.

 

Planı "Fələstin məsələsinin həlli" olaraq qiymətləndirən Mecdalani deyib ki, razılaşma İrana qarşı İsrail-Ərəb İttifaqının maraqlarına köklənib. O, yanvarın 14-də keçirilməsi nəzərdə tutulan Fələstin Mərkəzi Şurasının "Qüds - Fələstinin əbədi paytaxtı" adlı toplantısında Trampın Qüds qərarına veriləcək cavabın seçiləcəyini bildirib.

X

XƏBƏRLƏR
BÖYÜT