Zaqatalada keçmiş polis əməkdaşını maşın vurdu
14:25 – 11 Yanvar, 2018

Zaqatalada keçmiş polis əməkdaşını maşın vurub.

 

APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə yanvarın 10-da saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonunun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi “Mercedes Vito” markalı 99 XZ 031 dövlət nömrə nişanlı mikroavtobusla yolu keçmək istəyən piyada, Çobankol kənd sakini, 1969-cu il təvəllüdlü Kamal Fazil oğlu Abdilovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

MRX-dən verilən məlumata görə, Kamal Abdilovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir.

 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT