İran silkələnir: ölkədə ard-arda dörd güclü zəlzələ baş verib
14:28 – 11 Yanvar, 2018

İran-İraq sərhədində daha bir güclü zəlzələ baş verib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, maqnitudası 5,6 bal olan zəlzələdən əvvəl 5,1-dən 5,6 bala qədər üç yeraltı təkan qeydə alınıb.

 

Yerli vaxtla saat 10:00-da yaşanan zəlzələnin ardından Bağdad sakinləri evlərini tərk etməyə başlayıb.

 

Bundan əvvəl, 2017-ci ilin noyabrında bölgədə qeydə alınan zəlzələ 530 nəfərin ölümünə səbəb olmuşdu.

 

İranda da növbəti yeraltı təkanlar olub. Kirman əyalətindəki zəlzələ 5,1 bal gücündə hiss olunub. Tehran Universiteti təkanların yerli vaxtla 06:48-də, yerin 10 kilometr dərinliyində qeydə alındığını bildirib. Dağıntı və tələfatla bağlı açıqlama verilməyib.

Qeyd edək ki, bu gün İranın müxtəlif ərazilərində ard-arda 4 zəlzələ baş verib.

X

XƏBƏRLƏR
BÖYÜT