Tunisdə etirazlar səngimir - ORDU MÜDAXİLƏYƏ HAZIRLAŞIR
15:22 – 11 Yanvar, 2018

Tunisdə vergilərin artmasına və bahalaşmaya görə bazar ertəsindən başlayan etirazlar davam edir.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Daxili İşlər Nazirliyi ötən gecə baş verən etirazlar zamanı nümayişçilərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalarda 50-yə qədər polis işçisinin yaralandığını, 300-dən artıq şəxsin saxlandığını açıqlayıb.

Etirazlar başlayandan bu yana saxlanılanların sayı 600-ü keçib. Hərbçilər etirazları yatırmaq üçün küçələrdə mövqe tutub.

 

Tunis hökuməti qarət hallarının baş verdiyini açıqlayıb. Ölkə paytaxtında avtomobil təkərləri, zibil qabları yandırılıb.

 

Cerbe adasında yəhudi məktəbinə hücumun qarşısı alınıb.

 

Baş nazir Yusuf Şahid açıqlamasında ölkədə etirazların yox, oğurluq, qarət və xalqa hücumların olduğunu deyib. Sol partiyaların ittifaqı və Xalqçı Cəbhənin sözçüsü Hamam Hamami bahalaşmaya görə etirazların qanuni olduğunu və aksiyaları dəstəklədiklərini bildirib.

 

Qeyd edək ki, "Ərəb baharı"nın ilk etirazları Tunisdən başlayıb və ölkə qərb demokratiyasına keçidi bacarmışdı. Bununla belə Tunis iqtisadi problemlər və işsizliklə mübarizə aparmaq məcburiyyətində qalmışdı.

X

XƏBƏRLƏR
BÖYÜT