Buzovnada iki bacı avtoqəza zamanı xəsarət alıb
03:59 – 12 Yanvar, 2018

Bakının Xəzər rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişinlər - 1965-ci il təvəllüdlü Hüseynova Rəsmiyyə Əhəd qızı və onun bacısı 1959-cu il təvəllüdlü Səmədova Minə Əhəd qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib. Xəsarətləri nisbətən yüngül olan M.Səmədova sonrakı müalicə üçün evə buraxılıb.

Hadisəni Xəzər polisi araşdırır. Sürücülərin ifadələrinin alınması üçün saxlanıldığı bildirilir.

X

XƏBƏRLƏR
BÖYÜT