7 yaşlı qızı zorlayaraq öldürdülər, polis isə etirazçılara atəş açdı - PAKİSTANDA DƏHŞƏT
04:01 – 12 Yanvar, 2018

Pakistanın şərqindəki Kasur şəhərində qaçırıldıqdan sonra öldürülən 7 yaşlı Zeynəb Ansarinin öldürülməzdən əvvəl zorlandığının üzə çıxması yerli sakinlərin kəskin etirazı ilə qarşılanıb. APA TV xəbər verir ki, bu hadisəyə etiraz edən onlarla insan küçələrə axışıb.

Məlumata görə, qız evdən çıxıb mədrəsəyə gedən zaman qaçırılıb. Onu aparan naməlum şəxs yaxınlıqdakı kamera görüntülərində də əks olunub. Bundan bir neçə gün sonra isə zibillikdən 7 yaşlı qızcığazın meyiti aşkarlanıb. Ekspertiza onun əvvəlcə zorlandığını, sonra isə boğularaq öldürüldüyünü müəyyən edib.

Bu hadisədən qəzəblənən sakinlər qız uşaqlarının təhlükəsizliyinin qorunmadığı və ölümündən sonra lazımi tədbirlərin görülmədiyi üçün yerli polis binasına hücum çəkib. Etiraz edən sakinlər son bir neçə ildə qaçırılma, təcavüz və qətllərin sayının artmasına qarşı və cinayətkarların ələ keçirilməsi üçün hər hansı bir addımların atılmamasında polisi günahlandırıb. Lakin polisin onlara atəş açaraq cavab verməsi nəticəsində iki etirazçı dünyasını dəyişib.

Rəsmilərin məlumatına görə, bu hadisə artıq bölgədə yeniyetmə qızların qaçırılaraq zorlandığı və sonradan öldürüldüyü 12-ci oxşar cinayət faktıdır. Ancaq bu hadisələrə görə hələ də saxlanılan olmayıb. 2015-ci ildən bu yana törədilən bu cinayətlərin arxasında nüfuzlu bir ailənin dayandığı üzə çıxdıqdan sonra bölgədən bir neçə polis əməkdaşı köçürülüb.

Baş verənlərə ölkədəki mülki və hərbi qurumlar da qarşılıq verib. Pəncab əyalətinin baş naziri Şahbaz Şərifi təcili tədbirlərin görülməsinə dair çağırış edib.

X

XƏBƏRLƏR
BÖYÜT