Canavarlar Qazaxda tövləyə girərək 25 qoyun-quzunu parçalayıb
04:06 – 12 Yanvar, 2018

Qazaxda canavarlar tövləyə hücum edərək 15 baş xırdabuynuzlu heyvanı parçalayıb. APA TV-nin qərb bürosunun məlumatına görə, yırtıcılar daha 7 heyvanı da yaralayıb.

Hadisə Qazaxın mərkəzinə yaxın yerləşən Pərviz Sadiqinin fərdi təsərrüfatında baş verib. Fermer səhər saatlarında tövləyə gedərkən heyvanlarını al-qan içində görüb. Canavarlar təsərrüfat sahibinin xırdabuynuzlu heyvanlarını parçaladıqdan sonra 3 qoyunu da özləri ilə aparıb.

Zərərçəkmişin sözlərinə görə, təsərrüfatında cəmi 25 heyvan olub və yırtıcılar onların hamısına hücum edib. Canavarlar qazma tövlənin içərisinə torpağı eşərək daxil olub.

Qazax Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Heyvanlardan nümunələr götürülüb. Ərazi dezinfeksiya olunduqdan sonra tələf olmuş və yaralanmış heyvanlar barəsində lazımi tədbirlər görülüb.

X

XƏBƏRLƏR
BÖYÜT