Trampdan sürpriz açıqlama: "Kim Çen Inla çox gözəl münasibətim var"
10:37 – 12 Yanvar, 2018

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu bildirib. APA TV-nin məlumatına görə, D.Tramp bu barədə "The Wall Street Journal" nəşrinə müsahibəsində danışıb.

 

"Güman edirəm, mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var. Mən insanlarla münasibət qurmağı bacarıram. Düşünürəm, siz buna çox təəccübləndiniz" - deyə, Tramp qeyd edib.   

 

Bununla belə, ABŞ prezidenti Şimali Koreya lideri ilə həqiqətən danışıqların aparılmasına dair suala cavab verməkdən imtina edib.  

 

Xatırladaq ki, bundan əvvəl isə D.Tramp Kim Çen Inla telefon danışığına hazır olduğunu bildirmişdi.  


Bu arada, Rusiya prezidenti Vladimir Putin  Şimali Koreya liderini savadlı və yetkin siyasətçi adlandırıb. 
 

"Kim Çen In öz strateji vəzifəsinin öhdəsindən gəlib. O, budəfəki partiyanın qalibidir. Onun nüvə başlığı və dünyanın istənilən nöqtəsinə çata biləcək, 13 min kilometr məsafəyədək uçan raketi var" - deyə, Vladimir Putin qeyd edib. 

 

Rusiya prezidentinin fikrincə, hazırda Şimali Koreya lideri vəziyyəti stabilləşdirməkdə  maraqlıdır.

 

Putin Koreya yarımadasının nüvəsizləşdirilməsini ancaq dialoq və danışıqlar yolu ilə həll etmək lazım olduğunu qeyd edib.

X

XƏBƏRLƏR
BÖYÜT