Arvadı evdən getdi, özü dama çıxdı - İNTİHAR ETMƏK İSTƏYƏN ŞƏXS XİLAS EDİLDİ
11:03 – 12 Yanvar, 2018

Gəncədə intihara cəhd olub. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

 

28 yaşlı şəhər sakini İsgəndər Ayət oğlu İsgəndərov 19 saylı 9 mərtəbəli binanın üstünə çıxaraq, özünü oradan yerə atmaq istəyib. Əraziyə FHN-in xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onunla aparılan psixoloji söhbətdən sonra İsgəndər İsgəndərovu fikrindən daşındırmaq mümkün olub.

 

Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb həyat yoldaşının küsüb evdən getməsi olub. 

 

X

XƏBƏRLƏR
BÖYÜT