Dünyada ehtiyatlar azalır - NEFT BAZARINDA STABİLLƏŞMƏ
11:43 – 12 Yanvar, 2018

"Brent" markalı neft 70 dollar civarında stabilləşir.

 

APA TV-nin məlumatına görə, gün ərzində 69,86 dollara yüksəlsə də, hazırda bu markadan olan neft 69,14 dollara satılır. Bu qiymət dünən səhər satışlarında qeydə alınan qiymətlərlə eynidir.

 

Qərbi Texas nefti isə sutka ərzində ciddi bahalaşaraq yenidən ucuzlaşıb. WTİ nefti 64,58 dollara qədər bahalaşıb, sonradan 63,39 dollara qədər ucuzlaşıb. Hazırda hər iki markada ucuzlaşma prosesi gedir.

 

Dünyada xam neft ehtiyatları, benzin ehtiyatları azalır. Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Suhail Al Mazruyi ehtiyatların daha 100 milyon barel azalmalı olduğunu deyib.

 

ABŞ-ın neft ehtiyatlarında son 10 ilin ən uzun qış dövrü azalması baş verib. Artıq səkkiz həftədir ehtiyatlar azalır.

 

Mütəxəssislər neftin qiymətlərində gözləniləndən daha çox bahalaşmanın olduğunu bildirir. Bu tempin ABŞ-da istehsalın sürətlənməsinə qədər davam edəcəyi qeyd olunur. Bu ölkədə istehsalın artması bahalaşmaya ciddi surətdə təsir edəcək.

X

XƏBƏRLƏR
BÖYÜT