Mərkəzi Neftçilər Xəstəxanası pulsuz müayinə aksiyası keçirir
14:16 – 12 Yanvar, 2018

Mərkəzi Neftçilər Xəstəxanası xeyriyyə aksiyası təşkil edib. APA TV-nin xəbərinə görə, xəstəxananın tanınmış mütəxəssisləri vətəndaşların pulsuz müayinələrini həyata keçirib.

 

Bu həftə ərzində baş tutan aksiyada vətəndaşlar ginekologiya, endokrinologiya, revmotologiya, urologiya və USM xidmətlərindən yararlanıblar. Növbəti aksiya isə yanvarın 13-də baş tutacaq.

 

Kardioloq Lalə Hüseynovanın sözlərinə görə, bu həftə ərzində Mərkəzi Neftçilər Xəstəxanasında 3-cü gün aksiya keçirilib: "Bu həftənin 6-cı günü də da aksiya keçiriləcək. Bütün xəstələr bizə müraciət edə bilərlər. Xüsusən də kardioloqa, endokrinoloqa, terapevtlərə, uroloqlara müraciət edə bilərlər. Bundan əlavə, EXO kardioqram keçirilir və ultra səs müayinəsi xəstələrə təyin olunur".

 

Həkimin sözlərinə görə, aksiya mütəmadi olaraq davam edəcək və müxtəlif xəstəliklərin müayinəsi həyata keçiriləcək: "Gələn dəfə keçirilən aksiyalarda başqa həkimlər iştirak edəcək. Nevropatoloqlar və başqa mütəxəssislər iştirak edəcək, müraciət edə bilərlər.   Bunların hər biri pulsuz həyata keçirilir. Kim istəyirsə, müraciət edə bilər. Hansı günlər keçirilir və nə vaxt keçirilir, aksiya ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasının saytına daxil olaraq bu barədə məlumat əldə edə bilərsiniz". 

 

Qeyd edək ki, ilk aksiyada 125-dən çox vətəndaş iştirak edib. Onların əksəriyyətinin müraciəti  kardioloji, mədə-bağırsaq sistemi, endokrinoloji, şəkərli diabet və s. kimi xəstəliklərlə bağlı olub.  

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT