Səudiyyə qadınlara daha bir qadağanı ləğv etdi - BU DƏFƏ ƏCNƏBİLƏRƏ
14:33 – 12 Yanvar, 2018

Loyal islama keçid edəcəyini deyən Səudiyyə Ərəbistanı hökuməti qadınlara daha bir hüquq tanıyıb.

 

APA TV-nin məlumatına görə, bu dəfə ölkə vətəndaşları olan qadınlar yox, əcnəbi qadınlara qoyulan bir qadağa yumşaldılıb. Turizm və Milli İrs Komitəsinin sədri Ömər Əl Mübarək 25 yaş və daha yaşlı qadınların Səudiyyə Ərəbistanını tək başına ziyarət edə biləcəklərini deyib.

 

"Turist vizası təkgirişlik viza olacaq və ən çox 30 gün keçərli sayılacaq" deyən Mübarək, viza sisteminin iş, həcc və ümrə ziyarətlərindən ayrı olduğunu bildirib. Komitə sədri turist vizalarının çıxarılması üçün elektron sistem yaradıldığını deyib.

 

Turizm sektorunu canlandırmaq istəyən Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salman Qırmızı dənizdə 50 adada inşa olunacaq tətil mərkəzi ilə beynəlxalq turizm layihəsini həyata keçirəcəyini açıqlamışdı.

 

Qeyd edək ki, bundan öncə ölkə vətəndaşı olan qadınların sürücülük vəsiqəsi alaraq avtomobil idarə etməsinə və idman yarışlarında tamaşaçı kimi iştirakına icazə verilmişdi.

X

XƏBƏRLƏR
BÖYÜT