Çağdaş Azərbaycan yazıçıları böyük ədəbiyyatı nəyə dəyişdilər? Pulun yaxşı yazmağa təsiri varmı? Yazı masasında qonorar düşünən yazıçılar kimlərdir? Yazıçılara sifariş niyə yoxdur? APA TV-nin "2+2" layihəsində bu suallar müzakirə edilib.
Yazıçı, Gənclər üçün Prezident Mükafatının laureatı Pərvin Ələmdar qızı deyib ki, qonorarların, mükafatların yazıçıya təsiri daha çox yaradıcılıq problemi yox, onun toxluq, yaxud aclıq problemidir: "Təxminən iki ildən çox mən qonorarsız işləmişəm. Mənim üçün əsas maaş aldığım yer, pedaqoji universitet idi". Yazıçı aldığı qonorar və mükafatların yaradıcılığına təsir göstərmədiyini deyib: "Sənət sənin içindəki təmənnasızlığı və fədakarlığı hiss eləyincə, səni bir az da mükafatlandırır". Pərviz Ələmdar qızına görə yazıçı əsər yazdığı zaman ilk növbədə qonorarı düşünməməlidir.
Şair Xanəmir Telmanoğlu hesab edir ki, bizim ədəbiyyatda klassika yaş ilə ölçülür: "Ölürsən, gedirsən, kitabların kimsə tərəfindən gündəmə gəlir". Şairin sözlərinə görə Azərbaycan yazıçıları hələ də Hadinin, Sabirin qoyduğu nöqtədə dayanıblar. O həmçinin hesab edir ki, Azərbaycan oxucusu hələ də kitabla əlaqəyə girə bilmir: "Bir çox əsərlər var, yaxşı qarşılanır, təqdimatı keçirilir, dövriyyəyə buraxılır. Amma bu tərəfdən baxırsan ki, kitabın içində heç nə yoxdur". Şair oxuculara münasibətini belə ifadə edib: "Mən Azərbaycan oxucusunun zövqünə və yüksək səviyyəli olmasına şübhə edirəm".
"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.
© 2013 APA TV - Onlayn Televiziya | Haqqımızda | Əlaqə
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer 8 ilə tam dəstəklənir. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.