Qanunsuz silah gəzdirən şəxs marketdə tutuldu
15:57 – 12 Yanvar, 2018

Polis əməkdaşları qanunsuz silah gəzdirən şəxsi yaxalayıb.

 

APA TV-nin xəbərinə görə, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

 

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman sandıqçasında 3 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.

 

Saxlanılan şəxs cinayətini etiraf edib: "Evdən çıxıb marketə girəndə polis əməkdaşları yaxınlaşdı. Təqdim elədilər ki, polisdir. Dayandım. “Üstünə baxış keçirəcəyik”. Baxış keçirilən zaman üstümdən TT markalı tapança çıxdı. Onu götürüb məni polis idarəsinə gətirdilər. 3 ədəd də gülləsi var idi".

 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT