İsveçrədə anti-Tramp aksiyası: Davosa gəlmə!
17:59 – 12 Yanvar, 2018

İsveçrədə ABŞ prezidenti Donald Trampın ənənəvi olaraq keçiriləcək Davos İqtisadi Forumunda iştirakı qərarına etiraz kampaniyası başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, kampaniya müəllifləri bəyanat yayaraq, Ağ Ev rəhbərinin irqçilik, islamofobiya, anti-semitizm, cinsi ayrı-seçkilik və insan hüquqlarının pozulmasına yönələn siyasəti səbəbindən onu ölkədə görmək istəmədiklərini bildiriblər.

 

Bununla belə, forumun təşkilatçıları ABŞ prezidentinin bu beynəlxalq tədbirə qatılmasını istədiklərini bəyan edib.

 

Qeyd edək ki, Ağ Evin sözçüsü Sara Sanders prezidentin Davos forumuna qatılacağını rəsmən açıqlayıb.

X

XƏBƏRLƏR
BÖYÜT