İsrail hərbçiləri ilə toqquşmalarda yaralı fələstinlilərin sayı 300-ə yaxınlaşır
07:51 – 13 Yanvar, 2018

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 300-ə yaxın fələstinli xəsarət alıb. APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yanvarın 12-də xəsarət alanların sayı 290 nəfərə çatıb. "Onlardan 45-i odlu silah gülləsi, 30 nəfər isə rezin güllələrdən xəsarət alıb. 215 nəfər gözyaşardıcı qazdan zəhərlənib", - deyə Cəmiyyətin nümayəndəsi İrab əl-Fukah bildirib.

Fələstinin Səhiyyə nazirliyindən ağır yaralıların olmadığı bildirilib.

X

XƏBƏRLƏR
BÖYÜT