Gəncədə "Jiquli" yük maşını ilə toqquşub - YARALILAR VAR
07:53 – 13 Yanvar, 2018

Gəncədə iki avtomobil toqquşub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə,  “KAMaz” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəsarət alanlar şəhər sakinləri, 1981-ci il təvəllüdlü Natiq Orucov, 1975-ci il təvəllüdlü Elşad Orucov və 1986-cı il təvəllüdlü Afiq Orucovdur. Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən N.Orucovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT