Tramp: "İran Yaxın Şərqdə dağıdıcı fəaliyyət üçün 100 min silahlı hazırlayıb"
10:54 – 13 Yanvar, 2018

ABŞ İrana qarşı sanksiyaları genişləndirib. APA TV-nin məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.

 

Sanksiyalar 14 fiziki şəxs və şirkətə qarşı tətbiq edilib. "Qara siyahı"ya salınanlar arasında İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaninin də olduğu bildirilir. S.Laricani İran parlamentinin spikeri Əli Laricaninin qardaşıdır. 

 

Hələ bir müddət öncə, yanvarın 4-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına 5 müəssisə və 3 fiziki şəxsi əlavə edib.

Bu arada ABŞ prezidenti Donald Tramp İran terrorçuluğun əsas sponsoru adlandırıb. "İranın hərəkətləri "Hizbullah" və HƏMAS kimi qruplaşmalara xaos yaymağa və günahsız insanları öldürməyə imkan verir" - deyə, ABŞ prezidenti qeyd edib. Onun sözlərinə görə, İran Yaxın Şərqdə dağıdıcı fəaliyyət üçün 100 min silahlı hazırlayıb və maliyyələşdirib. 


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə özünün"Twitter" səhifəsində Vaşinqtonun atdığı addımların İranın nüvə proqramı ilə bağlı razılaşmanın pozulmasına yönəldiyi barədə fikirlərini yazıb. "Trampın yeritdiyi siyasət və səsləndirilən son bəyanatlar çoxtərəfli razılaşmanı pozmaq cəhdləridir. Xüsusilə, sazişin 26,28 və 29-cu bəndlərini. Hərtərəfli Birgə Fəaliyyət Planına yenidən baxıla bilməz. Eyni ifadələri təkrarlamaq əvəzinə ABŞ sazişə riayət etmə yolunu tutmalıdır" - deyə, nazir bildirib. 

 
Xatırladaq ki, yanvarın 12-də ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson Ağ Ev rəhbərinin İrana tətbiq olunan sanksiyaların müddətini uzatmayacağını, habelə 2015-ci ilin yayında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının işləmə mexanizminə əngəl törətməyəcəyini bəyan edib.

X

XƏBƏRLƏR
BÖYÜT