Rza Pəhləvi: "İran Yaxın Şərqin Yaponiyası ola bilərdi"
11:51 – 13 Yanvar, 2018

"İran xalqının etiraz səbəbləri və irəli sürdüyü tələblər aydındır. Xalq illərdir içərisində yaşadığı rejimin dəyişdirilməsini tələb edir və bu tələbində haqlıdır".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu pəhləvilər sülaləsinin nümayəndəsi Rza Pəhləvi "Al-Arabiya" telekanalının efirində qonaq olarkən bildirib. Bununla belə o, iranlı gənclərin dini diktatura idarəçilik üsulunun sona çatacağına ümidli olmadığına da diqqət çəkib.

 

"Bu ölkəni yenidən qurmanın və İran vətəndaşlarının hüquqlarını qorumanın yeganə yolu ölkənin dini diktaturadan və dini meyllərdən azad olmasındadır" - deyə R.Pəhləvi fikirlərini ifadə edib: "İran orta şərqin Yaponiyası ola bilərdi, amma təəssüf ki, Şimali Koreya kimi bir ölkəyə çevrilib. Bu cür ideologiya bir ölkəni uzun müddət nəzarət altında saxlaya bilməz. Buna görə də İran xalqı qalib gələcəyinə inanmalıdır".

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT