Qiymətlər yüksəldi, ABŞ fəallaşdı - NEFT BAZARINDA SON VƏZİYYƏT
11:55 – 13 Yanvar, 2018

Həftənin son satışlarında neftin qiymətləri bahalaşıb.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli 69,14 dollardan 69,80 dollara qədər bahalaşıb. Qərbi Texas nefti isə 1 dollar bahalaşmaqla 64,40 dollardan satılıb.

 

ABŞ-da fəal neft quyularının sayı artıb. 8-12 yanvar tarixlərində 10 neft quyusu xidmətə başlayıb. Bu artım ötən ilin aprel ayından bu yana neft quyularının sayındakı ən böyük həftəlik yüksəlişdir.

 

Digər tərəfdən ABŞ-ı cənginə alan qar fırtınası və dondurucu soyuq havaya görə ölkənin xam neft istehsalı keçən həftə xeyli azalmışdı. Enerji İnformasiya İdarəsinin hesabatına görə, ölkənin xam neft istehsalı bir həftə öncə ilə müqayisədə günlük ortalama 290 min barel azalaraq 9,49 milyon barelə enmişdi. ABŞ-ın xam neft istehsalının bu il sutkalıq ortalama 10 milyon barel olması təxmin olunur. Fəal quyuların artması da istehsalın sürətlənməsinə təsir edəcək. Eyni zamanda qiymətlərin yüksək olması neft hasilatçılarının marağını cəlb edir. 

X

XƏBƏRLƏR
BÖYÜT