Ruslar qisas aldı: Hmeymim bazasına hücum edən terrorçular məhv edildi
12:28 – 13 Yanvar, 2018

Yeni il gecəsi Rusiyanın Suriyadakı hərbi bazasına hücum edən terrorçular məhv edilib.

 

APA TV-nin "Euronews"a məlumatına görə, məlumat Rusiya Müdafiə Nazirliyindən yayılıb.

Müdafiə Nazirliyinin paylaşdığı videoda qruplaşmanın hava zərbəsi ilə məhv olunduğu görünür. Əməliyyat İdlibin qərb sərhədinə yaxın yerdə həyata keçirilib. Eyni zamanda terrorçuların pilotsuz uçan aparat deposuna da zərbə endirilib.

 

"Suriyadakı Rusiya xüsusi təyinatlılarının əməliyyatı ilə terrorçuların PUA deposu dağıdılıb, Hmeymim bazasına raket zərbələri endirən terrorçu qrupun bütün üzvləri tam təsirsiz hala gətirilib" - deyə, Rusiya Müdafiə Nazirliyin yazılı açıqlamasında qeyd olunur.

X

XƏBƏRLƏR
BÖYÜT