Gəncədə yeni doğulmuş körpə ölüb
13:51 – 13 Yanvar, 2018

Gəncədə sağlamlığında problem olan yeni doğulmuş körpə ölüb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılova Rahilə Hətəm qızı 5 gün əvvəl Gəncədə yerləşən Regional Perinatal Mərkəzində uşaq dünyaya gətirib.

 

Müayinə zamanı uşaqda mədə-bağırsaq sisteminin trafil qanaxması aşkar olunub. Tibbi yardıma baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, 5 gün sonra xəstəxanada ölüb.

 

Məlumata görə, bu, R.İsmayılovanın dünyaya gətirdiyi üçüncü övladı olub.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT