İmişlidə 59 yaşlı kişini maşın vurub öldürdü
13:53 – 13 Yanvar, 2018

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə səhər saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

İmişli rayon Yalavac kənd sakini, 1959-cu il təvəllüdlü Zahid Maşdı oğlu Dəmirov yolu keçən zaman Səccad İmaməli oğlunun idarə etdiyi "Mercedes" markalı 30 BH 173 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.

Yaralı İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT