İmişlidə bir ailə evsiz qaldı - EV KÜLƏ DÖNDÜ
15:19 – 13 Yanvar, 2018

İmişlidə fərdi yaşayış evi yanıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın hadisəsi gecə saatlarında İmişli şəhərinin Lətif Vəliyev küçəsində yerləşən Yadigar Aslanova məxsus evdə qeydə alınıb.


Yanğın zamanı ev sahibləri evdə olmayıb. Yanğından ev sahibinin qardaşı xəbər tutub. Evdən əşyaları çıxarmağa cəhd olunsa da, alov buna imkan verməyib.


Hadisə yerinə FHN-in İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

 

Ev sahibinin sözlərinə görə, yanğın evin yola tərəf olan otağından başlayıb və digər otaqlara keçib.


Ev sahibi bildirir ki, evdən çıxarkən qaz və işıq bağlı olub. Evsiz qalan ailə nə edəcəyini bilmir.

 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT