Tramp indi də pornoulduzla münasibətdə olması ilə gündəmə gəlib - İDDİA
16:03 – 13 Yanvar, 2018

ABŞ-ın "The Wall Street Journal" qəzeti prezident Donald Trampın 2016-cı ilin oktyabrında məşhur pornoulduz Stormi Deniels ilə intim əlaqədə olduğu, sonradan isə susması üçün vəkilləri vasitəsilə ona 130 min dollar ödədiyi barədə sensasion yazı dərc edib.
 

APA TV-nin məlumatına görə, bu sövdələşmə S. Denielsin ABŞ prezidentilə əlaqələrini əks etdirən fotoşəkilləri jurnallardan birinə verəcəyi iddiasından sonra reallaşıb.

 

Belə ki, məlumatlarda milyarderin ABŞ prezidenti seçildikdən sonra vəkilləri vasitəsilə Stormiyə pul verdiyi, bunun əvəzində isə onun D. Trampla əlaqələri barəsində susduğu iddia edilib.

 

Başqa bir pornoulduz Cesika Dreyk isə ABŞ prezidentinin tədbirlərdən birində onu özünün icazəsi olmadan öpdüyünü açıqlayıb.


 

 

X

XƏBƏRLƏR
BÖYÜT