Ərdoğan: "Oranı onların başına yıxarıq"
16:07 – 13 Yanvar, 2018

"Afrindəki terrorçular təslim olmasa oranı da başlarına yıxarıq".

 

APA TV-nin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda partiyasının vilayət konqresində çıxış edərkən Suriyanın şimalındakı PYD terrorçularını hədəfə alıb: "Afrindəki terrorçular təslim olmasa, oranı da başlarına yıxacağıq, bunu bilsinlər. Menbiçdə bizə verilən söz tutulmasa, öz göbəyimizi özümüz kəsəcəyik. İraq sərhədlərimiz boyunca tək bir terrorçu qalmayana qədər mübarizəmizi aparacağıq".

 

Ərdoğan ABŞ-ın bölgəyə göndərdiyi minlərlə TIR və təyyarə dolu silahların bir qisminin indidən qara bazarda satıldığını, bir qisminin isə Türkiyəyə qarşı istifadə edildiyini deyib.

 

O, Türkiyə ordusunun həyata keçirəcəyi İdlib əməliyyatı haqqında da danışıb.

"Bir yerə toplayıb ordu qurduqlarını zənn edən qarətçiləri bir həftə çəkməz, necə darmadağın edəcəyimizi görəcəklər" - deyə, Ərdoğan sözlərinə əlavə edib.

 

X

XƏBƏRLƏR
BÖYÜT