PYD Suriyada federasiya qurulmasını istəyir - ABŞ-DAN TƏLƏB
17:05 – 13 Yanvar, 2018

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Suriyanın PYD-nin nəzarət etdiyi bölgəsinə səfər edərək, bölgə rəhbərliyi ilə danışıqlar aparıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Departamentin xüsusi nümayəndəsi Maks Martinin rəhbərlik etdiyi nümayəndələr PYD-nin məsul şəxsləri Aldar Xəlil, bölgədəki terror qruplaşmaları liderlərindən Fevze Yusif və Bədran Ciya Kürdlə görüşüb.

 

Danışıqlar zamanı PYD rəhbərliyi ABŞ rəsmilərinə Suriyada federal idarəçilik üsulunun qurulmasına tərəfdar olduqlarını bəyan edib. Daha sonra Rəqqa Məclisinin rəhbərliyi ilə aparılan danışıqlarda isə xarabalığa çevrilən şəhərin yenidən bərpası məsələsi diqqət mərkəzində olub.

 

Qeyd edək ki, danışıqların digər detalları barəsində hələlik rəsmi məlumat açıqlanmayıb. 

X

XƏBƏRLƏR
BÖYÜT