Niyə qadınlar az, kişilər çox qazanır?
17:28 – 16 Yanvar, 2018

Dünyada qadınlarla kişilərə eyni iş imkanları yaradılsa da, zərif cinsin nümayəndələri kişilərlə müqayisədə daha az maaş almalı olurlar. Bu da təbii olaraq “gender büdcəsi” termininini gündəmə gətirir. Ümumiyyətlə, qadın və kişilərə eyni səviyyədə məvacib verilməlidirmi? Azərbaycanda gender büdcəsi niyə tətbiq olunmur? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.

 

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, "gender büdcəsi" gender bərabərliyinin təmin edilməsi üçün istər dövlət, istərsə də özəl sektor tərəfindən ayrılan xüsusi büdcədir: "Azərbaycan Respublikasının büdcə haqqında qanunvericiliyində xüsusi maddə əhatə edilməyib. Onun əhatə edilməsi məqsədəuyğun hesab edilir. Amma Azərbaycan Respublikasının büdcəsində qadın hüquqlarının təmin edilməsi, gender bərabərliyinin təmin edilməsinə xüsusi maliyyə vəsaiti ayrılır".  E.Səfərov deyib ki, gender bərabərliyi çərçivəsində təkcə qadınların deyil, kişilərin də hüquqlarının qorunması istiqamətində addımlar atılmalıdır.

 

Qurum rəsmisinin sözlərinə görə kişilərin qadınlardan çox qazanması Avropada da müşahidə edilməkdədir: "İslandiyanın özündə də qadınlar büdcənin 46%-ni əhatə edirlər". Elgün Səfərov hesab edir ki, gender bərabərliyi məsələsində Azərbaycan bəzi dövlətlər üçün artıq nümunəyə çevrilib. Qurum rəsmisi qadınların qanunvericiliklə müəyyən edilmiş bəzi hüquqlarına da aydınlıq gətirib: "Qadınlar bilmir ki, Əmək məcəlləsinə əsasən azyaşlı uşağı olan qadın attestasiyadan keçməyə bilər". Elgün Səfərov son illər idarəetmə sahəsində qadınların sayının artdığını qeyd edib.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT