Bəzi sözlərin yazılış qaydası niyə dəyişdirilir?
17:48 – 17 Yanvar, 2018

Son günlər sosial şəbəkə və mətbuatda Orfoqrafiya lüğətinə edilən dəyişikliklər, bəzi sözlərin elə onların deyildiyi formada yazılması təklifi ciddi müzakirələrə və fikir ayrılığına səbəb olub. Görəsən dilimizə edilən bu kimi dəyişikliklərə həqiqətən də ehtiyac varmı? Yeni qaydaların cəmiyyətdə bu qədər ajiotaj yaratmasına səbəb nədir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında lüğət dəyişiklikləri müzakirə edilib.

 

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov orfoqrafiya lüğətinə təklif edilən dəyişiklikləri təbii hal kimi qiymətləndirir: "Orfoqrafiya lüğətini yazanların komissiya tərkibi müxtəlif müəssisələrdən ibarət olan tanınmış alimlər, ziyalılar, ictimai xadimlərdir".  Filoloq 1975, 2004, 2013-cü illərdə çap olunmuş orfoqrafiya lüğətlərini müqayisə edib: "1975-ci ildə çap olunmuş lüğətin giriş hissəsində qaydalar verilmişdi. 2004-cü ildə çap olunmuş lüğətdə isə o qaydalar yox idi, bu qüsurlu idi. 2013-cü ildə o qaydalar gəldi. Mən bunu təqdirəlayiq hesab edirəm ki, bu 69 qayda çap olunacaq lüğətin giriş hissəsində olacaq".  O hesab edir ki, 69 qayda orfoqrafiya yazılışını rahatlaşdıracaq.

 

Buludxan Xəlilov daha çox müzakirəyə səbəb olan bəzi sözlərin yeni yazılışına elmi əsaslarla aydınlıq gətirib. "Vaxtilə dilimizdən apostrof işarəsini götürəndə, hətta dilçilərin arasında cəbhələşmə, qütbləşmə yarandı. Bir qisim dedi ki, apostrofu götürmək olmaz, çünki onlar alınma sözlərdə işlənirlər. Amma zaman təsdiq etdi ki, apostroflu sözləri götürərkən faciə baş vermir" - filoloq belə deyib.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT