"... yazılan əsərlərin 80-i pafosdur" - MÜZAKİRƏ
15:57 – 19 Yanvar, 2018

Ədəbiyyatsız dünya necə olardı? Bugünkü dünyanı ədəbiyyatsız təsəvvür etmək mümkündürmü? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu suallara ətrafında müzakirə aparılıb. Həmçinin 20 yanvar hadisələri və Qarabağ müharibəsinin ədəbiyyatda və ekranda hansı səviyyədə əks olunması məsələlərinə toxunub.

 

Yazıçı və kinodramaturq Orxan Fikrətoğlu deyib ki, ədəbiyyat əslində anlamaq cəhdidir: "İnsan yazmırsa belə, o ədəbiyyatla məşğuldur. Amma bugünkü dünya ədəbiyyatsız dünyadır". O. Fikrətoğlu hesab edir ki, yazıçını idarə edən mətn, mütləq Allah tərəfindən göndərilən mətn olmalıdır. 

 

Yazıçı, kinodramaturq İlqar Fəhminin sözlərinə görə   bugünkü ədəbiyyatın özünü də dünənki ədəbiyyat yaradıb: "Bir çox alimlər deyirlər ki, bizi qane etməyən mənəviyyatsız cəmiyyətin, kitabsız cəmiyyətin rüşeymi protestantlıqdan atılıb". 

 

20 yanvar hadisələrinə toxunan Orxan Fikrətoğlu hesab edir ki, Azərbaycan xalqının qəhrəmanlığı tankın qarşısına çıxmaq deyildi, səhər komendant saatı elan olunanda ölülərini basdırmağa çıxmaq idi: "Onlar şəhid deyildi, əslində onlar qurban idilər". Yazıçı həmçinin maraqlı bir təkliflə çıxış edib: "Mən çox istərdim ki, Azərbaycandakı marşrut avtobuslarının üzərində şəhid şəkilləri olsun".

 

İlqar Fəhminin sözlərinə görə postsovet ölkələrində hələ də həmin dövrdə baş vermiş qanlı hadisələri əks etdirən böyük əsər yazılmayıb: "Yüzlərlə əsər yazılıb, sadəcə hadisələr sənin üçün sadəcə təsvir edir.  Qarabağ döyüşləri də elədir. Hələ dərk etməmişik". Yazıçı hesab edir ki, 20 yanvar və Qarabağ müharibəsi mövzusunda qələmə alınan əsərlərin 80%-də pafos var.   

 

APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT