Onlar "sinema güzeli" oldu! - MÜZAKİRƏ
15:16 – 22 Yanvar, 2018

Bir neçə gün bundan əvvəl 2-ci "Sinema güzeli" yarışmasının Azərbaycan üzrə qalibləri müəyyən edildi.  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında "Sinema güzeli" yarışmasının yekunları, münsiflər heyətinin bəzi üzvləri və qalibləri ilə birlikdə müzakirə edilib.  

 

Layihə rəhbəri, aparıcı Vüsalə Səid Əyyub qızı münsiflər heyətinin tərkibində 10 nəfərin Türkiyədən, 2 nəfərin isə Azərbaycandan olduğunu deyib: "Bu gözəllik yarışması deyil. Tək gözəlliyə deyil, hər şeyə fikir verirdilər".  Layihə rəhbərinin  sözlərinə görə bəzi iştirakçılar yarışmadan sonra "səviyyələrini" ortaya qoydular. V.Əyyub qızı hesab edir ki, azərbaycanlı gənclərin Türk kinosunda çəkilməsi irəliyə doğru addımdır.   

 

Türkiyəli rejissor Avni Kütükoğlu deyib ki, Bakıda seçilən "Sinema güzeli", Türkiyədə 16 iştirakçı arasında yarışmanı davam etdirəcək: ""Sinema kraliçası" olacaq". Rejissorun sözlərinə görə Azərbaycana gəlişinin səbəbi, bu ilin may ayında çəkilməsi nəzərdə tutulan bədii filmdir: "Azərbaycanın Türkiyədə təmsil edəcək kişi və qadın dostumuzu, yəni kral və kraliça mənim fevral ayında Bakıda açacağım kino aktyorluq məktəbində 3 ay təhsil alacaqlar". 

 

Modelyer Gülnarə Xəlilova deyib ki, yarışmanın ciddiliyə ilə bağlı başqa söhbət ola bilməz: "Orada başqa heç nə ola bilməzdi. Çoxluq onlarda olduğuna görə, əsasən onların fikri çox önəmli idi. Ballar verildiyi zaman dərhal toplanırdı". 

 

Yarışmanın qalibi Səhər Əkbərin 24 yaşı var, telekanalların birində aparıcı, eyni zamanda model kimi çalışır. O deyib ki, yarışmaya qatılmağı, özünü aktrisa kimi sınamaq istəyindən irəli gəlib.

 

Yarışmanın qalibi Pərvin Həsənzadə "Sinema güzeli" yarışması ilə yanaşı "Miss Fashion" yarışmasına da dəvət aldığını deyib.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT