Ürək çatışmazlığından ölənlərin sayı niyə artıb?
18:14 – 23 Yanvar, 2018

2017-ci ildə Azərbaycanda vəfat edənlərin 58%-ə yaxını ürək çatışmazlığından dünyasını dəyişib. 9,8 milyon nəfərlik əhalisi olan ölkəmiz üçün bu, doğrudan da təhlükəli rəqəmdir. Xüsusilə də son zamanlar ürək çatışmazlığından dünyasını dəyişənlər arasında cavanların sayı artmaqdır. Maraqlıdır, ürək-damar sistemi  xəstəliklərinin sayının artmasına səbəb nədir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında invaziv kardioloq Samir Mustafayev mövzu ilə bağlı sualları cavablandırıb, tövsiyələrini bölüşüb:

 

"Ürək çatışmazlığında irsiyyət faktoru birinci yerdə dayanır".

"Ürək çatışmazlığına qarşı bitki yağlarından istifadə etmək lazımdır".

"Oturaq həyat tərzində ürək-damar xəstəlikləri gec üzə çıxır".

"Ürək-damar xəstəliklərinə kişilərdə daha çox rast gəlinir".

"Ürək ağrıları hərəkətdə daha çox baş verir".

"Yeni doğulmuş uşaq ağlayanda nəfəsi çatmırsa, müayinə edilməlidir".

"Stress ürək-damar xəstəliklərini yaradan səbəblərdən biridir".

"Gün ərzində 30 dəqiqə açıq havada gəzmək lazımdır".

"Siqaret faktoru ürək-damar xəstəliklərində mənfi rol oynayır".

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT