Avtoşu döymək olarmı? - MÜZAKİRƏ
13:29 – 24 Yanvar, 2018

Bu yaxınlarda "facebook" sosial şəbəkəsində müzakirəyə səbəb olan bir video yayıldı. Videoda "Naz Lifan" markalı avtomobillə bir nəfər hərəkət edir və yol polisinə məxsus avtomobillər onu qovur. Növbəti gün isə sosial şəbəkədə təqibin ikinci hissəsi yayıldı. Görüntüyə görə "Naz Lifan"la avtoşluq edən cavanı yol polisinin əməkdaşları tutaraq, döyürlər. Təqib hansı hallarda mümkündür? Yol polisi güc tətbiq edə bilərmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində mövzu ilə bağlı digər suallar müzakirə edilib.

 

Hüquqşünas Azər Allahverənov deyib ki,  qanunvericiliyə əsasən sürücünün hərəkətləri ictimai təhlükə kimi dəyərləndirilirsə, yol polisinə istisna hal olaraq təqib etmək hüququ verilir: "Qaydanı pozan avtoxuliqan qalıb bir tərəfdə, hamı yol polisinin üstünə düşüb ki, filan hərəkəti düz eləmədi və ya onun hərəkətində qeyri-qanuni elementlər var idi". Hüquqşünasın sözlərinə görə təqib qərarı verən yol polisi əməkdaşı mütləq nəyəsə əsaslanır. A.Allahverənov onu da qeyd edib ki, bütün hallarda yol polisi də qanunvericilik qarşısında məsuliyyət daşıyır. 

 

Jurnalist-tədqiqatçı Anar Rəsulov maraqlı bir məqama toxunub: "Daha çox bu gün bu məsələ qalxıb ki, əlillərə verilən avtomobil, avtoxuliqanda neynəyir? Məlum olub ki, əlil dostundan etibarnaməsiz alıb və istədiyi kimi idarə edir. Mən düşünmürəm ki, o şəhərə avtoşluq üçün çıxmışdı".

 

Hüquqşünas Səbuhi Axundovun sözlərinə görə yol patrul xidməti əməkdaşı təhlükə miqyası artıqca təqibi dayandırmalı və öndə digər əməkdaşlara xəbər verməlidir: "Real təhlükə, tətbiq olunan zorla mütənasiblik təşkil etməlidir. Yəni balans pozulmamalıdır. Burada fiziki zora ehtiyac varmı?"

 

Gənc bəstəkar İlahə Qismət təqibin əleyhinə olduğunu söyləyib: "Onsuz da kiçik bir səhv edəndə, hər yerdən şəklin çəkilir, fotosessiya evə gəlir. Məncə onu o qədər təqib etməyə ehtiyac yox idi".  Bəstəkar bu cür halları işıqlandırıb işıqlandıranlara öz təşəkkürünü bildirib.

 

APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT