Klassikləri söymək olarmı? - MÜZAKİRƏ
13:49 – 25 Yanvar, 2018

Sənət haqqında söhbət gedəndə, adətən kult məsələsinə daha çox diqqət yetirilir. Buradan belə bir sual yaranır. Klassik adlandırdığımız insanları tənqid etmək olarmı? Kim klassikləri tənqid edə bilər? Bu məsələ APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ geniş müzakirə edilib.

 

Kulis.az saytının baş redaktoru, yazıçı Şərif Ağayar hesab edir ki, istənilən klassiki yaradıcı müstəvidə polemikaya çəkmək, onunla hər cür rəftar etmək mümkündür: "Biz gəncləri klassikaya yaradıcı münasibətdə rahat buraxmalıyıq. Bizim ölçülərimiz orada işlənir". Şərif Ağayarın fikrincə bizdə hələ də 37-ci ilin tənqid qorxusu var: "Yaradıcı müstəvidə heç bir toxunulmaz adam yoxdur. Boşboğazlıqda olar. Qoy Nizamiyə nə isə deməklə özünü realizə etməyə çalışsın".

 

Şair Səlim Babullaoğlu deyib ki, son 30 ildə Azərbaycan klassiklərini tənqidi edə biləcək yazıya, əsaslı məqaləyə rast gəlməyib: "Tənqidə iddia edən yazıların 99,99%-i boşboğazlıqdır".  S.Babullaoğlu hesab edir ki, klassikləri tənqid etmək hər kəsin haqqı deyil.

 

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli deyib ki, hər kəsin klassiklərə münasibətlərə münasibət bildirmək imkanı var: "Amma məsələyə professional yanaşmaq daha təqdirə layiqdir. Onun yazdıqları, cəmiyyətə verdiyi fikirlər qalır kənarda, klassiklərin şəxsiyyəti başlanır müzakirə edilməyə. Bu yolverilməzdir".

 

Gənc şair Fuad Cəfərli hesab edir ki, klassikləri tənqid edənlər ortaya nəzəriyyə qoymalıdırlar: "Əgər qoymurlarsa və bugünkü populizmə hesablanırsa, bu qeyri-peşəkarlıqdır".        

 

APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT