Afrin əməliyyatı: Qarabağ müharibəsi üçün hərbi örnək
14:04 – 26 Yanvar, 2018

Suriyanın Afrin bölgəsinin terrorçulardan azad edilməsi üçün keçirilən əməliyyatın ilk həftəsi tamam olur. Artıq əməliyyatda ilk uğurlar və təəssüf ki ilk şəhidlər də var. Bütün dünyanın gündəmini zəbt edən “Zeytun budağı” əməliyyatının gedişi Azərbaycanda da həyəcanla izlənir. Afrin bölgəsinin coğrafi relyefinə görə işğal altında olan Dağlıq Qarabağ bölgəsinə bənzərliyi soydaşlarımızda bu həyəcanı daha da artırır. Afrin əməliyyatı Türkiyə və bölgə üçün hansı nəticələrə gətirib çıxara bilər? ABŞ və Rusiyanın Türkiyənin apardığı əməliyyata mənfi reaksiyası nə ilə bağlıdır? “Zeytun budağı” əməliyyatı ilə Dağlıq Qarabağın və ətraf bölgələrin işğaldan azad edilməsi arasında hansı əlaqə var? Afrini nəzarətdə saxlayan kürd terrorçu birləşməsinin tərkibində neçə erməni terrorçu türklərə qarşı döyüşür? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında politoloq Şahin Cəfərli bu və digər sualları cavablandırıb.

 

- Ərdoğan-Putin danışıqlarının əsasında Afrin əməliyyatı dayanıb;

- Afrin, dəhlizi bağlamaq üzrə Türkiyənin növbəti addımıdır;

- Terrorçular maraqlıdır ki, Türk ordusu şəhərə daxil olsun;

-  Türkiyə "Azad Suriya" ordusunu çəkməklə, Bəşər Əsədə yol açıb;

- Membic məsələsi aktuallaşarsa, ABŞ-Türkiyə münasibətləri gərginləşə bilər;

- İran nə üçün Afrin əməliyyatına zidd gedir?

- İran Türkiyənin Suriyada nüfuz dairəsi qazanacağından ehtiyat edir;

- ABŞ müttəfiqlik naminə Membic məsələsində Türkiyə ilə razılaşa bilər;

- YPG Membicdə qalacağı təqdirdə təhlükə davam edəcək;

- ABŞ-ın Türkiyədəki hərbi mövcudiyyəti YPG-dən asılıdır;

- Rusiya PYD-yə ABŞ-dan daha yaxındır;

- YPG sıralarında erməni millətçiləri döyüşür.

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www. apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT