Muğam mətnlərimizi dəyişməliyik?- MÜZAKİRƏ
15:43 – 26 Yanvar, 2018

Azərbaycan muğamının andeqraund siması - Qədir Rüstəmov. Muğam Qərbə nə verir? Vaqif Mustafazadəni muğamın düşməni kimlər elan etmişdi? APA TV-nin "2+2" layihəsinin növbəti buraxılışında bu mövzu müzakirə edilib.

 

Xanəndə Sabir Abdullayev muğam sənətinin xüsusiyyətlərindən danışıb. Xanəndə hesab edir ki, muğamı başa düşmək üçün ən azı 20 il ifaçılıq lazımdır.

 

Şair Qulu Ağsəs muğam mətnlərindən danışıb : "Nə qədər eyni mətnləri təkrar-təkrar efirdən oxumaq olar? Ustadlar oxuyub, gözəl nümunələr qurub. Amma dəstgahların içində mətnləri dəyişmək olar. Formaya uyğun. Bu məsələdə çox mühafizəkardır muğamçılar. Aşıqlar çox novatordurlar".  Vaqif Mustafazadəyə münasibət bildirən şair deyib ki, o muğamı məqsədli və məramlı şəkildə sındırmışdı.

 

Qonaqlar mərhum xanəndə Qədir Rüstəmovla bağlı fikirlərini, xatirələrini bölüşüblər.  "O prokuror gözləyirdi ki, bu gün 9 maq münasibətilə Ağdamda 6-7 bıçaqlaşma, 2 atışma olacaq, mən də yaxşı pul qazanacağam və heç kimə də güzəştə getməyəcəyəm, Qədiri görəndə onun gülməyi gəlirdi. Fikirləşirdi ki, ay Allah sən saxla xəta gəlir. Birmənalı olaraq kimə nə desə qəbul olunurdu" - Qulu Ağsəs belə deyib.

 

Verilişdə həmçinin trio, canlı muğam ifa edib.

 

"2+2" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT