Məktəblərdə summativlər niyə ləğv olunur?
16:55 – 26 Yanvar, 2018

Son bir neçə ildə Azərbaycanın ümumtəhsil məktəblərində tətbiq olunan qiymətləndirmə meyarları istər müəllimlər, istərsə də valideynlər tərəfindən birmənalı qarşılanmadı. Bəzi Müəllimlər bu cür qiymətləndirmənin vaxt itkisinə səbəb olduğunu, valideynlər isə bunun kökündən yanlış olaraq övladlarının təhsilə, oxumağa marağının azaltdığını iddia edir. Bəlkə elə bu səbəbdən Təhsil Nazirliyi qiymətləndirmə, xüsusilə də summativ qiymətləndirmə ilə bağlı yeni təkliflər hazırlayıb.  Maraqlıdır dünya təcrübəsinə əsaslanaraq tətbiq olunan qiymətləndirmə mexanizminin  yenidən dəyişdirilməsinə zərurət nədən yaranıb? Ümumiyyətlə, kiçik və böyük summativ qiymətləndirmədə mürəkkəb məntiqi sualların qoyulması düzgündürmü? APA TV-nin  "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara təhsil üzrə ekspert Kamran Əsədov aydınlıq gətirib. Ekspertin çıxışından bəzi fraqmentləri təqdim edirik:

 

- Şagirdin 1 həftə imtahan verməsi onu tədris prosesindən uzaqlaşdırır;

- Bu gün müəllimlərimiz kurikulum standartlarını apara bilmir;

- Kurikulum standartları Azərbaycan reallığına uyğun deyil;

- Formativ qiymətləndirmə şagirdlərin nəticələrinin izlənilməsinə imkan yaradacaq;

- Yeni standartlar şagirdlərin bilik imkanlarını üzə çıxaracaq;

- Summativlərin məzmununu müəllimlər hazırlamamalıdır;

- Dövlət orta məktəbləri bütün zəruri ləvazimatlarla təmin edir;

- 3 qiymət almaq, 9-cu sinifdən 10-cu sinfə keçməkdə maneə törətmir;

- Məktəbdaxili qiymətləndirmə müəllimlər tərəfindən həyata keçirlir;

- Yeni standartlara əsasən qiymətləndirmə bacarıqlar əsasında müəyyən ediləcək.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT