Sevgidə və evliliklə yaş fərqi necə olmalıdır? - MÜZAKİRƏ
15:39 – 29 Yanvar, 2018

Hər bir dövlətin, cəmiyyətin əsasını təşkil edən ailə institutunun möhkəmliyi bütün dövrlərdə önəmli məsələlərdən biri olub. Azərbaycanda da ailə institutunun möhkəmliyi həmişə diqqət mərkəzindədir. Bəs evlənən cütlüklər arasında yaş fərqi nə qədər olmalıdır? Arvadın ərdən böyük olması qəbahət sayılırmı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.

 

Şair Yafəs Türksəs hesab edir ki, cavan xanımın yaşlı kişiyə ərə getməsi məqsədli xarakter daşıyır: "Bu ambisiyaların nəticəsidir, amma tək-tük hallarda sevgi olur. Sevgi olan yerdə bütün sərhədlər itir. Məsələn mən 44054 yaş arası 3 dəfə özümü itirmişəm. Sevdiyim qadınlar məndən cavan olub. Biri on yaş olub, biri on beş yaş. Sonuncu sevgilimlə mənim aramda 30 yaş fərq var". Şairin sözlərinə görə sevgidə əxlaq olmur.

 

İlahiyyatçı Fazil Əhmədli deyib ki, İslam qanunlarında cavan qızla 60-70 yaşlı kişi ilə evlənməyinə pis baxılmır: "Bəzən zorla, pula görə bunu edirlər. Bunlar istisnadır".   İlahiyyatçının deyib ki, İslama görə qız ərə veriləndə, onun özündən icazə alınmalıdır: "Peyğəmbərimiz öz qızını Həzrəti Əli Əleyhissalama verəndə, qızından icazə aldı".   

 

Psixoloq Aygün Cəfərova deyib ki, qadınla kişi arasında yaş fərqi yeddi yaşdan yuxarı olduqda nəsil problemi meydana çıxır: "Yeddi yaşdan yuxarı olanda, düşüncə, baxış tərz fərqli olur. Bu da tərəflərin arasında böyük münaqişələrə gətirib çıxarır".  Psixoloq hesab edir ki, burada əsas məsələ baxış dəyərlərinin üst-üstə düşməsidir.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

X

XƏBƏRLƏR
BÖYÜT