Rəsulzadənin Azərbaycanı! - MÜZAKİRƏ
14:17 – 31 Yanvar, 2018

31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarından danışılıb.

 

Fəlsəfə elmləri doktoru, dosent Faiq Qəzənfəroğlu deyib ki,  XX ərsin əvvəllərində Azərbaycan türklərinin bir hissəsinin qurduqları dövlətin banisi Məhəmməd Əmin Rəsulzadədir: "Bu dövlətə Azərbaycan adı verən və onun bu gününü müəyyənləşdirən məncə Məhəmməd Əmin Rəsulzadədir". Faiq Qəzənfəroğlu deyib ki, Rəsulzadə hökumət qurmasa da, hamı onu lider kimi qəbul edirdi.

 

Rəsulzadənin bir zamanlar solçu "Hümmət" təşkilatında olduğunu deyən F.Qəzənfəroğlu, bu məsələyə münasibətini belə ifadə edib: "O çox gözəl anlayırdı ki, o dövrün şərtləri adı altında sosial-demokratizm və demokratiya şərtləri adı altında millətləri irəli aparmaq mümkündür".  O həmçinin əlavə edib ki, Rəsulzadə Azərbaycan xalqının varlığını ortaya qoydu.    

 

M.Ə.Rəsulzadənin arxivini toplayan araşdırmaçı-yazar Dilgəm Əhməd deyib ki, Polşadan Rəsulzadəyə məxsus 3 məktub və 5 kitab əldə edib.   "Məktubların üçünün də mahiyyəti onun səhhəti ilə bağlıdır. Orada bir detal da var, deyir ki, şəkərim sıfırdır. Gözlərim işıqlıdır, 1-2 kilo da arta bilsəm, həkim deyib ki, özümə gələcəyəm". 

 

Kinorejissor Tahir Əliyev iddia edir ki, Sovet dövründə çəkilən tarixi filmlərdə Cümhuriyyətə qarşı əslində bir sayğı nümayiş etdirilir: "İlk dəfə Azərbaycanın üç rəngli bayrağı "Qatır Məmməd" filmində görünüb. Baxmayaraq ki, Azərbaycan-sovet knematoqrafiyasında anti-müsavatçılıq var idi, sadə tamaşaçı onu hiss etməsə də, filmlərdə bu qənaətbəxş idi".

 

Mühacirlərdən danışan Tahir Əliyev hesab edir ki, onların məzarlarını Azərbaycana gətirmək düzgün deyil: "Onlar Azərbaycanın reklamıdır, Azərbaycanı təmsil edirlər. Yəni sadə insan deyillər".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT